30 mart 2023-cü il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsində Azərbaycanlıların Soyqırımı günü qeyd olunmuşdur. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, fakültə dekanı dosent Məsim Abadov, Gəncə Gənclər Evinin müdiri Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi – Maarif Quliyev ilk öncə tələbə və müəllimlərlə birgə tədris binasının həyətində Ulu Öndər Heydər Əliyevin monumentinin sonra isə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş abidənin önünü qərənfillərlə bəzədilər. Bundan sonra soyqırım qurbanlarının unudulmaz ruhu sükutla yad edildi. Dosent Gülsüm Fətəliyeva, dosent Məsim Abadov və Amil Qurbanov mənfur erməni faşistlərinin dinc, günahsız sakinlərə amansızcasına divan tutmaları haqqında geniş məlumat verdilər.
Məruzəçilər qeyd etmişdirlər ki, bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.