Qurban bayramı

islam dünyasında Yaradanın insanlığa lütf və inayətinin rəmzi olan, insanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirən Qurban bayramı bu il iyunun 28-də başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurası Qurban bayramı ilə bağlı fətva verib. Fətvada qeyd olunur ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə hilalın görünməsi ilə bağlı builki Qurbаn bаyrаmı 28 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq, Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər.