25 noyabr 2024-cü il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində rektor, professor Yusif Yusibovun sədrliyi ilə 2024/2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlıqla bağlı iclas kecirildi. İclasda Tədris məsələləri üzrə prorektor, dosent Şahin Xurşudov, Ümumi işlər üzrə prorektor Samir Məmmədov. fakültə dekanı, dosent Məsim Abadov , İqtisadiyyat kafedrasinn müdiri, dosent Zakir Əhmədov, idarəetmə kafedrasının müdiri, dosent Afəddin Həmidov, Menecment və turizm işi kafedrasının müdiri, dosent Əli Allahverdiyev və fakültənin tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov iştirak etdilər.
Rektor, Strateji İnkişaf Planına uyğun məsələlərin həyata keçirilməsini, dekan və kafedra müdirlərindən işlərində möhkəm olmalarını, imtahan sessiyasına tam ciddi şəkildə hazırlaşmalarını və bu mövzuda kafedra iclasları keçirdərək bütün tələbləri müəllimlərə çatdırmalarını tələb etdi.