Həmkarlardan xoş xəbər

11 dekabr 2024-cü il tarixində Gəncə Dövlət Universitetinin Azad Həmkarlar Komitəsinin sədri Afaq xanım Qasımova İqtisadiyyat və idarəetmə fakültəsində geniş fkültə iclası keçirtdi. İclasda Afaq Qasımova. fakültə həmkarlar komitəsinin sədri iqtisadiyyat kafedrasınn müəlimi Könül Əlizadə və bütün əməkdaşlar iştirak etdi.

Tədbirdə Afaq xanım yenilik haqqında məlumat verdi. Respublika Həmkarlar İttifaqının sədrinin təşəbbüsü ilə bütün Ali məktəblərə 20 % güzəştlə qış tətili zamanı Respublikanın müxtəlif sanatoriyalarına kurort-müalicə göndərişləri verilir.

Əməkdaşlar öz minnətdarlıqlarını rektorluğa və Həmkarlar İttifaqına bildirdilər.