Azərbaycanda 2025-ci il bələdiyyə seçkiləri

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da (çərşənbə günü) keçiriləcək.

Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə ən gec 2025-ci ilin yanvar ayında keçirilməsi gözlənən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçiriləcək sayca 6-cı ümumrespublika seçkisi olacaq. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.