14 fevral 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində iclas keçirildi. İclasda kafedra müdirləri, dekan müavinləri, tyutorlar və fakültə üzrə eduman proqramının sistem administratoru iştirak etdilər. İclası dekan, dosent Məsim Abadov aparırdı. O, 2024/2025-ci tədris ilinin II yarısında dərslərin başlanması ilə əlaqədar Universitetin rektoru, professor Yusif Yusibovun bütün tapşırıqlarını kafedra müdirlərinə çatdırdı.
İclasda verilən tövsiyələrin icrasına dair təklif, rəylər dinlənlənildi və müzakirə olundu.





