Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun 18 aprel 2025-ci il tarixində keçirilmiş 04 saylı iclası

İştirak edirlər: Sədr Əhmədov Zakir Talıb oğlu, Monitorinq qrupunun 5 nəfər üzvü,

GÜNDƏLİK MƏSƏLƏ: 1. SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün universitetin mövcud SİP sənədinin təhlili və maraqlı tərəflərin rəyləri əsasında hazırlanmış məlumat xarakterli sənədin müzakirəsi və təsdiqi. 2. Hazırlanmış təhlil sənədi əsasında SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün təkliflərin hazırlanması.