İdarəetmə kafedrasının müəllimi Yusif Bayramovun açıq dərsi

29 aprel 2025-ci il tarixində İdarəetmə kafedrasının müəllimi Yusif Bayramovun Biznesin idarə edilməsi ixtisası II kurs tələbələrinə “Beynəlxalq biznes” fənnindən “Azərbaycanın neft strategiyası və biznesdə onun rolu” mövzusunda açıq dərsi keçirildi. Azərbaycanın neft strategiyası və biznesdə onun rolu” mövzusunda keçirilən “Açıq dərsdə ” ilk olaraq Azərbaycanda neft hasilatının keçdiyi tarixi inkişaf mərhələləri və həmin dövrlərdə istər xarici , istərsə də yerli investorların fəaliyyəti barədə tələbələrə məlumat verildi.Həmçinin Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi və sosial çətinliklərin aradan qaldırılması yolunda neft və qaz hasilatının xüsusi rolu və Beynəlxalq biznesin inkişafında neft strategiyasının rolu barədə danışıldı.Daha sonra Azərbaycana xarici investisiyaların cəlbi və Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası barəsində tələbələrlə interaktiv şəkildə müzakirələr aparıldı. ‎ Dərsdə kafedra müdiri dosent Afəddin Həmidov, kafedranın müəllimləri iştirak etdilər. Dərsdə proyektordan istifadə olundu.