6 may 2025-ci il tarixində İqtisadiyyat kafedrasının baş müəllimi Rafiq Vahid oğlu Abbasovun İqtisadiyyat ixtisası və Mühasibat ixtisası I kurs tələbələrinə Mikroiqtisadiyyat fənnindən “İstehsal xərcləri və mənfəət” mövzusunda açıq dərsi keçirildi. Dərsdə istehsalın harada, kimlər tərəfindən və hansı həcmdə təşkil edilib qurulmasından fəaliyyət növündən asılı olmayaraq , bu mürəkkəb, həm də çətin proses hökmən müəyyən xərclərlə bağlıdır. dünyanın bütün sahibkarları istehsal xərclərinə ciddi diqqət yetirirlər. Buna əsas səbəb düzgün, optimal mənfəətin əldə olunması cəhdidir. Bu mənada istehsal xərclərinin və mənfəətin öyrənilməsi mövzusu olduqca aktualdır. Dərsdə kafedranın əməkdaşları iştirak etdi, proyektordan istifadə edildi.







