Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun
16 may 2025-ci il tarixində 6 saylı iclası keçirildi
İştirak edirlər:
Sədr Əhmədov Zakir Talıb oğlu,
Monitorinq qrupunun 5 nəfər üzvü,
GÜNDƏLİK MƏSƏLƏ:
- Monitorinq qrupu tərəfindən hazırlanmış təkliflərin universitetin SİP sənədinin
icrasına dair hazırlanmış fəaliyyət planında nəzərə alınmasının müzakirə edilməsi. - Monitorinq qrupunun üzərinə düşən fəaliyyətlərin tamamən icra olunduğunu nəzərə
alaraq yekun hesabatın hazırlanması.
Universitetin mövcud SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılmasına dair
T Ə K L İ F
Rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə yaradılmış Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində olan, rektorluğun 07.03.2025-ci il tarixli 5/118 saylı əmri ilə yaradılmış SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun üzvləri tərəfindən universitetin mövcud SİP sənədi təhlil edilmiş və SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün aşağıdakılar müəyyən edilmişdir:
- Hər bir məqsədin icrası üçün nəzərdə tutulmuş fəaliyyətlər düzgün təhlil edilməli, ehtiyac olduğu halda icranın monitorinqinin aparılması üçün fəaliyyət müəyyən edilməlidir;
- Hər hansı bir fəaliyyətin icrası üçün monitorinq prosesi müəyyən edilən zaman onun aylıq, rüblük və illik olması doğru şəkildə müəyyənləşdirilməlidir;
- Hər bir məqsəd üçün müəyyən edilmiş hədəflərin icrasına nəzarət edəcək struktur bölmələr düzgün müəyyən edilməlidir. Əgər qeyd edilən fəaliyyət müəyyən edilmiş strukturun əsasnaməsində öz əksini tapırsa, onda həmin struktur bu prosesdə mütləq iştirak etməlidir;
- “Beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi” və “Xarici dillərdə təhsil proqramlarının təsis edilməsi” prosesinə nəzarət və monitorinq işi ciddi şəkildə təşkil edilməlidir;
- Universitetdə innovasiya fəaliyyətlərinin dəstəklənməsi, eyni zamanda İnnovasiya və sahibkarlığın inkişafı üçün bilik və bacarıqların artırılması prosesinə nəzarət və monitorinq işi təşkil edilməlidir;
- Universitetdə elmi tədqiqatların qlobal elmi məkana inteqrasiyasının, elmi əqli potensialın gücləndirilməsinin, eyni zamanda elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılmasının monitorinqi həyata keçirilməlidir;
- Dairəvi İqtisadiyyat və yeni inkişaf imkanlarının genişləndirilməsi, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin artırılması, Ətraf mühitin qorunması, “Yaşıl artım” prinsiplərinin dəstəklənməsi və iqlim dəyişikliyi ilə mübarizə aparılması, Dayanıqlı ağıllı şəhərlər və regionlar konsepsiyasının dəstəklənməsi kimi məsələlərin icrasının hər rüb monitorinqi aparılmalıdır;
- Hamı üçün inklüziv, bərabər və əlçatan keyfiyyətli təhsilin təmin edilməsi və ömür boyu təhsil almaq imkanlarının dəstəklənməsi, Gənclərin və qadınların regional inkişafda rolunun artırılması sahələrində icra edilmiş fəaliyyətlərin hər rüb monitorinqi aparılmalıdır;
- Tələbə yönümlü təlim, tədris və qiymətləndirmənin təşkil edilməsi prosesinin monitorinqi rüblük olaraq müəyyən edilməlidir;
- Akademik heyətin peşəkarlıq səviyyəsinin artırılması prosesinin monitorinqinin rüblük olaraq müəyyən edilməlidir;
- Öyrənmə resurslarının yaxşılaşdırılması və tələbələrə dəstəyin verilməsi prosesinin monitorinqinin rüblük olaraq müəyyən edilməlidir.