2025-ci ildə Azərbaycanın Gəncə və digər 6 şəhərində keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları Oyunların açılış və bağlanış mərasimi və 8 idman növü üzrə yarışlar Gəncədə keçiriləcək. Yarışın 2025-ci ilin sentyabrin 28-dən oktyabrın 8-ə qədər keçirilməsi planlaşdırılıb. 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.
Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış etdi.

