Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla “Müstəqilliyin Bərpası günü” (18 oktyabrda) kimi qeyd edilir.
Müstəqil Azərbaycanın ikinci hərbi paradı Azadlıq Meydanında 9 oktyabr 1992-ci ildə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının birinci ildönümü və eyni zamanda müstəqilliyin bərpası ildönümü münasibətilə keçirilmişdir. 1998-ci ildə Heydər Əliyevin prezident andiçmə mərasimi Müstəqillik Gününün qeyd olunması ilə eyni vaxta təsadüf etmişdir.1999-cu ildə isə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi tədbirləri, yalnız altı gün sonra qeyd edilən Müstəqillik Günü ilə əlaqələndirilmişdir.