Açıq dərs

27 oktyabr 2016-cı il tarixdəİqtisadiyyat kafedrasının baş müəllimi Gülsəba Qazıyevanın  “Mühasibat uçotu və audit” ixtisasının IIIkursunda “Əmək və onun ödənişinin uçotu” mövzusunda açıq dərsi keçirildi.

       g-2g-1

Dərs vaxtında başladı .Tələbələrin dərsə davamiyyət göstəricisi 100% idi. Açıq dərsdə universitetin rektoru professor Yusif Yusubov , fakültənin dekanı dosent Şahin Xurşudov,  İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, dosent Üezyir Əfəndiyev, baş müəlimlər Vəfa Quliyeva , Ziyafət Allahverdiyeva və başqaları iştirak etmişlər.Mövzu 4 plan əsasında tərtib edilmişdir.Əvvəlcə mövzu keçmiş mövzu ilə əlaqələndirildi.Daha sonra planlar ardıcıl olaraq,misallar əsasında, səlist bir formada izah edildi.Elektron vasitələrdən istifadə dərsin keyfiyyətini artırırdı.Dərs vaxtından düzgün və səmərəli istifadə olundu.Dərsın tərtibatında geniş ədəbiyyatlardan, qanunvericilik aktlarından istifadə edilmişdir. Keçirilmiş açıq dərs yüksək qiymətləndirildi.