Gəncə Dövlət Universitetinin İqtisad yönümlü ixtisaslarında qiymətləndirmə prosedurları

Gəncə Dövlət Universitetinin İqtisad yönümlü ixtisaslarında qiymətləndirmə prosedurlarının təhlili, ali təhsil müəssisələrinin tədris keyfiyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Bu təhlil, həm tələbələrin akademik nailiyyətlərinin obyektiv qiymətləndirilməsi, həm də tədris prosesinin effektivliyinin artırılması baxımından vacibdir. Bu prosedurların həyata keçirilməsi ilə bağlı fakültənin İqtisadiyyat, İdarəetmə, Menecment və turizm işi kafedralarında müzakirələr aparıldı və yekunda bütün ixtisaslara dair qiymətləndirilmələrin hesabatları tərtib edildi.