Yeni tədris ili başladı…

Gəncə Dövlət Universitetində 15 sentyabr “Bilik günü” münasibətilə Universitetin 2-ci tədris korpusunun qarşısında tədbir keçirilmişdir. Tədbirin davamı olaraq İqtisadiyyat və İdarəetmə fakultəsində görüş keçirilmişdir. Görüşdə fakultə dekanı dos. Ş. N. Xurşudov tələbə və valideynləri yeni dərs ili münasibəti ilə təbrik etmiş və tələbələrə öz tövsiyyələrini vermişdir. Daha sonra 1-ci kursa qəbul olmuş tələbələr fakultə ilə […]

Davamı

Elmi şura 6 iyul 2017

6 iyul 2017-ci il tarixdə saat 11:00 da İqtisadiyyat və idarəetmə fakültəsi Elmi Şurasının iclası olmuşdur. Gündəlik məsələlər Buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının nəticələri haqqında DAK və DİK sədrlərinin hesabatları Fakültə dekanı dos.Ş.N.Xurşudovun 2016/2017-ci tədris ili üzrə hesabatının dinlənilməsi 2016/2017-ci tədris ili üçün dekanlıq, fakültə Elmi Şurası və kafedraların iş planlarının müzakirə və təsdiqi […]

Davamı

“Buraxılış işlərinin müdafiəsi” -keçirildi

29 iyun 2017-ci il tarixində İqtisadiyyat və İdarəetmə fakültəsində İqtisadiyyat, Mühasibat uçotu və audit və Turizm və Otelçilik ixtisasları üzrə IV kurs tələbələrinin “Buraxılış işlərinin müdafiəsi” təşkil olunmuş və keçirilmişdir. İqtisadiyyat, Mühasibat uçotu və audit ixtisasları üzrə müdafiə komissiyasının sədri Dos. Zərbəliyev Cəmaləddin Camo oğlu, Turizm və Otelçilik ixtisası üzrə isə – Dos. İsgəndərov Fərman […]

Davamı

Yaz imtahan sessiyası başladı…

Daha bir tədris ili sona çatır. Artıq bir neçə Universitetdə Yaz sessiyasının imtahanları başlayıb. Gəncə Dövlət Universitetində də 2016-2017-ci tədris ilinin I, II, III kurs tələbələri üçün Yaz imtahan sessiyası başlamışdır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə qərargah yaradılmışdır. İmtahan otaqları hazırlanmışdır. İmtahanlar tam şəffaf […]

Davamı

Açıq Dərs

30 may 2017-ci il tarixdə Mühasibat uçotu və Audit və Biznesin idarə edilməsi ixtisaslarının III kursunda Vergi və Vergitutma fənnindən “Beynəlxalq Vergitutmanın Əsasları” mövzusunda İqtisadiyyat kafedrasının Baş müəllimi Quliyeva Vəfa Nizami qızının açıq dərsi keçirilmişdir. Dərsdə Rektorat tərəfindən xüsusi təhkim olunmuş Dos. Ü. Əfəndiyev, fakültə dekanı Dos. Şahin Xurşudov, İqtisadiyyat kafedrasının müdiri Dos. Zakir Əhmədov […]

Davamı

Korpusda Məzun Günü keçirildi…

19 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin IV tədris korpusunun həyətində İqtisadiyyat və İdarəetmə fakültəsi və Filalogiya fakültələrinin istedadlı tələbələrinin iştirakı ilə Buraxılış kurslar üçün “Məzun günü” keçirilmişdir. Tədbirdə Humanitar məsələlər üzrə Prorektor Dos. Gülsüm xanım Fətəliyeva, Filalogiya faküləsinin dekanı Professor Mübariz Yusibov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Dos. İqtisadiyyat Elmləri üzrə Fəlsəfə Doktoru […]

Davamı

Çempionatın Final oyunu keçirildi…

18 may 2017-ci il tarixdə İqtisadiyyat və İdarəetmə fakültəsində 3 həftə davam edən Çempionatın final oyunu keçirilmişdir. Çempionatda 6 komanda iştirak etmişdir (I kurs komandaları – Biznesin idarə edilməsi, Dövlət və Bələdiyyə idarəetməsi və İqtisadiyyat 1 və II kurs komandaları – İqtisadiyyat 1, İqtisadiyyat 2 və Biznesin idarə edilməsi.) Dünya görüşü və Məntiqə aid 24 […]

Davamı