REKTORUN UĞUR QAZANMIŞ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ
Almaniyanın Augsburg Universitetinin təşkil etdiyi Strateji planlaşdırma və strateji marketinq mövzusunda keçirilən 3 günlük online seminarda Gəncə Dövlət Universitetinin Menecment və turizm işi kafedrasının tələbələri iştirak ediblər. Seminarda tələbələrə strateji marketinqin əməliyyat marketinqdən fərqi, Ansoff Matriksinin təsnifatı, BCG Matriksində məhsul analizi, biznesin inkişafında B2C, B2B, B2G və B2E marketinqi, hədəf müştəri auditoriyasının fərqləndirilməsi, POSDCORB funksiyalarının […]