Tələbə Elmi Cəmiyyəti

Məlumdur ki, “ İqtisadiyyat və idarəetmə “ fakültəsində tələbələrin elmi dünya görüşlərinin artırılması öndə duran məsələlərdənir. Fakültə daxilində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti də bu səpgidə görülən işlərə yaxından kömək edir. Hər tədris ilində olduğu kimi cari tədris ilində də TEC – in iş planı və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılmışdır.  TEC  tələbələri də elmə olan maragı , münasibəti yaxşı istiqamətdə dəyişməyi qarşısında əsas məqsəd kimi qoymuşdur.  TEC-in  qəbul edilmiş iş planında gələcək dövrlərdə görüləcək işlərin siyahısı, təşkili vaxtları göstərilmişdir.

Qeyd etməliyik ki, TEC hər birinci və ikinci yarımildə fakültə elmi şurasına hesabat verir. Hesabatda tələbə və magistrantlar ilə  elmi rəhbərləri arasında  aktiv iş mühitinin yaradılması , həmçinin onların elmi tədqiqat işlərinin seçilməsinə nəzarət etmək, bu sahədə elmi- tədqiqat işlərinə rəhbərlik edənlərlə müzakirələr aparmaq , fakültə TEC üzvləri ilə müntəzəm elmi seminarlar keçirmək , fakültə daxili və fakültə xarici müxtəlif müntəzəm  bilik yarışlarını keçirmək , planlaşdırılmış işlər və  onların icrasına nəzarət etmək kimi məsələlər açıqlanmışdır.

Hamıya məlumdur ki,  TEC–in əsas vəzifələrindən biri tələbələrin elmi tədqiqat işlərinin üzə çıxarılmasını təmin etməkdən ibarətdir.

Fakültə Tələbə Elmi Cəmiyyətinin yerinə yetirdiyi işlər sırasında universitet  və fakültə daxilində həyata keçirilən ( bu yarışlar hər il həyata keçirilir) ixtisas  bilik yarışlarının böyük önəmi vardır. Keçirilən bilik yarışlarında əsas məqsəd tələbələrin elmə olan münasibətlərini bir daha  dəyişmək olmuşdur. Belə ki, keçirilmiş bilik yarışında fakültənin ən bilikli tələbələri yüksək yerlərə layiq görülmüşdür. Onlara mükafatlar və diplomlar təltif  olunmuşdur.

Gəncə  Dövlət  Universiteti  

Tələbə Elmi Cəmiyyətinin 2026-cı il üçün

İŞ PLANI

Fəaliyyyətin adı Görüləcək işlər İcraçı orqan İcra müddəti Əsas keyfiyyət göstəriciləri
(KPI-Key process indicators)
Gözlənilən nəticə
Təlim və tədris prosesinin təşkili Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi. Tələbə Elmi Cəmiyyəti,TD,Kafedralar,Fakültələr Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı Dərs zamanı motivasiyanın artırılması
Tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması. Tələbə Elmi Cəmiyyəti,TD,Kafedralar,Fakültələr Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı Tədris proqramlarını təkmilləşdirmək üçün düzgün idarəetmə və qiymətləndirmə vasitələrinin seçilməsinə dəstəyin verilməsi
 Tədris prosesində elmi, elmi-pedaqoji və təhsil fəaliyyətinin inteqrasiyasını təmin etmək məqsədi ilə elmi-tədqiqat fəaliyyətinin təlim və tədris prosesinə inteqrasiyasını təmin etmək. Tələbə Elmi Cəmiyyəti,TD,Kafedralar,Fakültələr Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı Tədris proqramlarını təkmilləşdirmək üçün düzgün idarəetmə və qiymətləndirmə vasitələrinin seçilməsinə dəstəyin verilməsi
Tələbələri tədris olunan ixtisas fənləri ilə bağlı elmi-tədqiqat işlərinə cəlb etmək. İstehsalat və pedaqoji təcrübələrdə, laboratoriya məşğələlərində bu işlərin praktiki tətbiqini  təşkil etmək. Tələbə Elmi Cəmiyyəti,TD,Kafedralar,Fakültələr Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı Tədris proqralamlarını təkmilləşdirmək üçün düzgün idarəetmə və qiymətləndirmə vasitələrinin seçilməsinə dəstəyin verilməsi
Elmi-tədqiqat fəaliyyətinin təşkili. Tələbə və magistrların, gənc tədqiqatçıların elmi- tədqiqat işlərinin və onların rəhbərlərinin müəyyənləşdirilməsi və onların gedişatına nəzarət etmək. Tələbə Elmi Cəmiyyəti, Kafedralar Tədris ili ərzində Rəhbərlik edilmiş elmi-tədqiqat işlərinin sayı Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi.
Gənc tədqiqatçıların fəaliyyətinin stimullaşdırılması sahəsində uyğun model yaratmaq. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Seçilmiş və adiyyatı üzrə təqdim olunmuş model təklifi Təşviq mexanizmlərinin formalaşdırılması
Tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması. Tələbə Elmi Cəmiyyəti, NŞ Tədris ili ərzində Aparılan tədqiqat işlərinin sayı Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi.
Elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında  elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi. Tələbə Elmi Cəmiyyəti, Kafedralar Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi.
Müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi. Tələbə Elmi Cəmiyyəti,Fakültələr,Kafedralar Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi.
Tələbələrin elmi müsabiqələrdə, eyni zamanda beynəlxalq və yerli təşkilatlar, fondlar tərəfindən maliyyələşdirilən elmi-tədqiqat layihələrində iştirakı üçün təlimlər keçirmək. Tələbə Elmi Cəmiyyəti,İD,Fakültələr,Kafedralar Tədris ili ərzində Qeyd olunan mövzuda keçirilən təlimlər və bu təlimlərə cəlb olunan tələbələrin sayı Elmi əqli prosesin gücləndirilməsi
Tədqiqatçıların xarici akademik dil bacarıqlarının və rəqəmsal səriştələrinin artırılması üçün proqramlar hazırlamaq və həyata keçirmək. Tələbə Elmi Cəmiyyəti,İD,Fakültələr,Kafedralar Tədris ili ərzində Hazırlanmış və həyata keçmiş proqramların və bu proqramlara cəlb olunan tələbələrin sayı Elmi əqli prosesin gücləndirilməsi
Təşkilati işlərin həyata keçirilməsi. Tələbə Elmi Cəmiyyətinin Konfransında TEC-in Əsasnaməsində qeyd edilmiş fəaliyyətlər üzrə müzakirələrin aparılması və təsdiq edilməsi. Tələbə Elmi Cəmiyyəti Tədris ili ərzində Müzakirə edilən məsələlərin sayı Mövcud qanunvericilik əsasında idarəetmə və qərar qəbuletmə prosesinin mövcud olması.
Tələbə Elmi Cəmiyyətinin Konfransında TEC-in Əsasnaməsində qeyd edilmiş fəaliyyətlər barədə təklif, tövsiyə və ya təqdimat verilməsini təmin etmək. Tələbə Elmi Cəmiyyəti Tədris ili ərzində İcra edilmiş məsələlərin sayı Mövcud qanunvericilik əsasında idarəetmə və qərar qəbuletmə prosesinin mövcud olması.
TEC-in fəaliyyəti barədə hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi. Tələbə Elmi Cəmiyyəti Hər ilin sonu Hazırlanmış hesabatların sayı Hesabatlılığın təmin edilməsi.
Tələbələrin inkişafı, uğurları, razılıq dərəcəsi və s. ilə bağlı mütəmadi sorğular keçirmək. Tələbə Elmi Cəmiyyəti, Keyfiyyətin Təminatı Mərkəzi Tədris ili ərzində Keçirilmiş sorğuların sayı Sorğu mədəniyyətinin inkişaf etdirilməsi.
TEC fəaliyyətinə dair məlumatların fakültələrin və universitetin rəsmi internet səhifəsində maraqlı tərəflər üçün əlçatanlığını təmin etmək. Tələbə Elmi Cəmiyyəti, Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti Tədris ili ərzində  fakültələrin və universitetin rəsmi internet səhifəsində  yerləşdirilmiş məqalələrin sayı Görülmüş işlərə dair məlumatların maraqlı tərəflər arasında əlçatanlığının təmin edilməsi.
İnnovasiya və sahibkarlığın inkişaf etdirilməsi. Tələbələrin rəqəmsal transformasiya məqsədli məhsul və xidmətlərini müəyyənləşdirmək, robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalına, süni intellektə əsaslar, həllərə olan marağının artırılması. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı İnnovasiya fəaliyyətinin dəstəklənməsi
İnnovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı İnnovasiya fəaliyyətinin dəstəklənməsi
Tələbələrin elmi   mərkəzlər,   texnoparklar,   ideya   inkubatoru   və s. müəssisələrdə aparılan işlərə cəlb edilməsi. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı İnnovasiya fəaliyyətinin dəstəklənməsi
Beynəlmiləlləşmə prosesində iştirakın təmin edilməsi. Tələbələr üçün xarici dil öyrənmək imkanının yaradılması. Tələbə Elmi Cəmiyyəti,İD Tədris ili ərzində Təşkil olunan danışıq klublarının sayı Beynəlxalq mübadilə proqramlarında iştirakın təmin edilməssi
Digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə tətbiq edilməsi. Tələbə Elmi Cəmiyyəti, İD Tədris ili ərzində Mövzu ilə bağlı görülmüş işlərin sayı Rəqabətliliyin artırılması
Ölkədə və dünyada aktual hesab edilən fəaliyyətlərin icra edilməsi. Məişət tullantılarının idarə edilməsi sahəsində tədqiqat işlərinin aparılması. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Aparılan tədqiqat işlərinin sayı Məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işini gücləndirməyə dair bilik və bacarıqların təkmilləşdirilməsi.
Plastik qablaşdırma tullantılarını səmərəli idarə etmək, yaranma tempini azaltmaq, o cümlədən alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında təlimlərdə tələbələrin iştirakını təmin etmək. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Təlimlərdə iştirak edən tələbələrin sayı Plastik qablaşdırma tullantılarını səmərəli idarə etmək, yaranma tempini azaltmaq, o cümlədən alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında bilik və bacarıqların təkmilləşdirilməsi.
Enerji resurslarından səmərəli istifadəyə dair tədqiqat işlərinin aparılması. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Aparılan tədqiqat işlərinin sayı Enerji resurslarından səmərəli istifadəyə dair bilik və bacarıqların təkmilləşdirilməsi.
Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalına və çirklənmiş ərazilərin bərpasına dair  tədqiqat işlərinin aparılması. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Aparılan tədqiqat işlərinin sayı Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalına və çirklənmiş ərazilərin bərpasına dair bilik və bacarıqların təkmilləşdirilməsi.
Ölkənin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə haqqında  tədqiqat işlərinin aparılması. Tələbə Elmi Cəmiyyəti,İD,Kafedralar Tədris ili ərzində Aparılan tədqiqat işlərinin sayı Ölkənin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə haqqında bilik və bacarıqların təkmilləşdirilməsi.
Tələbələr üçün süni intellekt, maşın öyrənməsi və data elmi mövzusunda kurslar və seminarlar keçirmək Tələbə Elmi Cəmiyyəti, İD, Kafedralar Tədris ili ərzində Keçirilmiş təlim və seminarların sayı və iştirakçıların sayı Tələbələrdə rəqəmsal savadlılığın və süni intellekt biliklərinin artırılması
Tələbələrin elmi-tədqiqat işlərində süni intellekt alətlərindən istifadə bacarıqlarının artırılması Tələbə Elmi Cəmiyyəti, İD, Kafedralar Tədris ili ərzində İstifadə olunan AI alətlərinin sayı və istifadə edən tələbələrin sayı Elmi işlərin effektivliyinin və sürətinin artırılması
AI mövzusunda tələbələr üçün ideya müsabiqələrinin və hackathonların keçirilməsi Tələbə Elmi Cəmiyyəti, İD, Fakültələr Tədris ili ərzində Keçirilmiş hackathon və yarışların sayı Tələbələrdə innovativ düşüncənin və praktiki AI bacarıqlarının inkişafı
Elmi məqalə və layihələrin hazırlanmasında ChatGPT, Grammarly və digər AI alətlərindən istifadənin təşviqi Tələbə Elmi Cəmiyyəti, İD, Fakültələr Tədris ili ərzində AI alətlərindən istifadə edərək yazılmış məqalələrin sayı Elmi yazı keyfiyyətinin və məhsuldarlığının artırılması
  Dayanıqlı şəhərsalma, urban inkişaf və memarlıq mövzusunda tələbə elmi layihələrinin təşkili Tələbə Elmi Cəmiyyəti, İD, Kafedralar Tədris ili ərzində Hazırlanmış urban layihələrin sayı, təqdim olunmuş təkliflərin sayı Tələbələrdə şəhərsalma sahəsində elmi və analitik bacarıqların inkişafı
  Smart City, Digital Twin və şəhər məlumatlarının analizi üzrə seminar və workshopların keçirilməsi Tələbə Elmi Cəmiyyəti, İD Tədris ili ərzində Keçirilmiş seminarların və iştirakçıların sayı Rəqəmsal şəhər idarəetməsi sahəsində biliklərin artırılması
  Enerji effektiv binalar, yaşıl memarlıq və alternativ tikinti materialları üzrə tədqiqatların aparılması Tələbə Elmi Cəmiyyəti, Kafedralar Tədris ili ərzində Aparılmış tədqiqat işlərinin sayı Ekoloji dayanıqlı memarlıq sahəsində bacarıqların formalaşması
  İctimai məkan dizaynı, tarixi irsin qorunması və inklüziv şəhər mühiti üzrə müzakirə və tədqiqatların təşkili Tələbə Elmi Cəmiyyəti, Fakültələr Tədris ili ərzində Təşkil edilmiş tədbirlərin sayı Şəhər mədəniyyəti və estetik düşüncə tərzinin inkişafı
  Şəhərsalma və memarlıq sahəsində dövlət qurumları ilə birgə seminar və layihələrin təşkili Tələbə Elmi Cəmiyyəti Tədris ili ərzində Birgə keçirilmiş tədbirlərin və təqdim edilmiş layihələrin sayı Elmi fəaliyyətin real sektorla inteqrasiyası