Təbrik edirik!

img_2937

Həsənov Arzu Nəcəf oğlu 29 oktyabr 2016-cı il tarixdə “Regional turizm komplekslərinin inkişaf strategiyasının formalaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

Həsənov Arzu Nəcəf oğlu 08.08.1965-ci il tarixdə Gədəbəy rayonu Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur.

1972-ci ildə Söyüdlü kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Texnologiya İnstitutunun Yeyinti İştehsalının Texnologiyası fakultəsinin “İctimai iaşənin təşkili və texnologiyası” ixtisasına daxil olmuşdur.

1983-1985-ci illərdə SSRİ silahlı qüvvələri sırasında hərbi xidmətdə olmuşdur.

1990-cı ildə ali təhsilini başa vuraraq mühəndis-texnoloq ixtisası almış, 1990-1991-ci illərdə istehsalatda işlədikdən sonra Azərbaycan Texnologiya İnstitutuna işə qəbul olunmuşdur.

1991-1998-ci illərdə laboratoriya müdiri, 1998-2001-ci illərdə baş müəllim, 2001-2005-ci illərdə “İaşə məhsullarının texnologiyası və turizm” kafedrasının müdiri, 2005-2015-ci illərdə “Qida məhsullarının texnologiyası və turizm” fakultəsinin dekanı, 2015-ci ildən “İaşə məhsullarının və istehlak mallarının texnologiyası” kafedrasında dosent vəzifələrində işləyib.

2015-2016-cı tədris ilində Gəncə Dövlət Universiteti “İdarəetmə” kafedrasında əvəzçiliklə dosent, 2016-2017-ci tədris ilindən dosent vəzifəsində işləyir.

1998-ci ildə namizədlik dissertasiyası müdafiə edərək  texnika elmləri namizədi alimlik dərəcəsi, 2001-ci ildə dosent elmi adı almışdır.

29 oktyabr 2016-cı il tarixdə “Regional turizm komplekslərinin inkişaf strategiyasının formalaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

70 elmi əsərin müəllifidir. Onlardan 46-sı doktorluq dissertasiyasının mövzusuna aid məqalələrdir.

Qarabağ müharibəsi iştirakçısı və Qarabağ müharibəsi veteranıdır.

Ailəlidir, iki oğlu var.

1 comment on “Təbrik edirik!”

  1. Nahid

    ALLAH HƏR ZAMAN YOLUNUZU AÇIQ ELƏSİN ARZU MÜƏLLİM GÖZƏL İNSANDI VƏ SAVADLI MÜƏLLİMDİ HÖRMƏTLƏ KEÇMİŞ TƏLƏBƏNİZ NAHİD MÜƏLLİM

Comments are closed.