Açıq dərs

10 oktyabr 2022 -ci il tarixində İqtisadiyyat kafedrasının baş müəllimi Allahverdiyeva Ziyafət Cəmil qızının İqtisadiyyat II kurs tələbələrinə Maliyyə fənnindən “Maliyyə nəzarəti” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir. Dərsdə fakültə dekanı dos.M.Abadov, İqtisadiyyat kafedrasının müdiri, dos. Z.Əhmədov, dos.R.Modinova, baş müəllim V.Quliyeva, müəllimlər K.Əlizadə, K.Rəhimov və Ş.Abbasova iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.

Davamı

Tələbə adınız mübarək

Bu gün İqtisadiyyat və idarəetmə fakültəsində birinci kurs tələbələrinə tələbə biletləri təqdim olundu. Uğur və nailiyyətləriniz bol olsun. Savad və biliklərə yiyələnərək dövlətimizə, onun gündən-günə çiçəklənməsinə, inkisafına xidmət edən layiqli və təhsilli vətəndaş olasınız.

Davamı

Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı.

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə […]

Davamı

Anım Günü

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini […]

Davamı

Beynəlxalq Sülh Günü

Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada […]

Davamı

Bilik Günü

Bilik Günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. 1İslamda elmə münasibət 2Azərbaycanda elmə münasibət 3İstinadlar 4Həmçinin bax

Davamı

13 sentyabr hadisələri siyasi motivli hərbi təxribatdır

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, […]

Davamı

Bu gün Müqəddəs Qurban Bayramıdır.

Bu xeyirli gündə hər kəs istər ki, sevdikləri, yaxınları ilə birlikdə olsun, onlarla birlikdə bayramı qeyd etsin. Bizdə öz növbəmizdə fakültə olaraq bu bayramda Universitetin bütün kollektivini başda ən cox sevdiyimiz və dəyər verdiyimiz professor Yusif Yusibov olmaqla təbrik edir, sağlamlıq və ruzi bərəkət arzu edirik.

Davamı

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür

  1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına […]

Davamı

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür.

  1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına […]

Davamı