ŞURAYA ÜZV SEÇKİSİ
İqtisadiyyat və idarəetmə fakültəsində fakültə və universitet elmi şurasına üzv seçkisi keçirildi.
İqtisadiyyat və idarəetmə fakültəsində fakültə və universitet elmi şurasına üzv seçkisi keçirildi.
İqtisadiyyat kafedrasının müəllimi Quliyeva Vəfa Nizami qızının açıq dərsi keçirilmişdir. Açıq dərs 3 kurs İqtisadiyyat ixtisasının “Vergi və vergitutma” fənnindən “Hüquqi şəxsdən mənfəət vergisi” mövzusunda keçirilmişdir. Dərs öz aktivliyi və aktuallığı ilə digər dərslərdən fərqlənmişidir.
25.04.2018-ci il tarixdə GDU-nun iclas zalında İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə kollektivinin iştirakı ilə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən vergilər sahəsində biliklərin artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri Rektorun Baş müşaviri Asif Cavadov vergilərin əhəmiyyəti və bu sahədə tələbələrin biliklərin artırılmasının zəruriliyi barədə nitq söyləməklə açıq elan etdi. Sonra 12 saylı Ərazi […]
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il aprelin 23-də Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunub. Bu münasibətlə Ceyhun Bayramovu Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyəti adından təbrik edir, ona Azərbaycanda təhsilin inkişafı naminə görəcəyi bütün işlərdə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, Gəncə Dövlət […]
Bu gün Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun ad günüdür! Azərbaycanda elm və təhsilin inkişafı, respublikamızda yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması, ən əsası isə Vətənə sədaqət və xidmətin ən gözəl nümunəsini yaratmış Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideyalarının gənc nəslə çatdırılması, gənclərin hərtərfli şəxsiyyət kimi formalaşması işində göstərmiş olduğu xidmətlərinə görə Gəncə Dövlət Universitetinin İqtisadiyyat […]
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Palatanın Təlim və Maarifləndirmə Mərkəzi tərəfindən 19.04.2018-ci il tarixində 90 nəfər tələbənin iştirakı ilə, “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” adı altında təlim proqramında iştirak etmişdirlər. Qeyd edək ki, təlimdə fakültənin bakalavr və magistrları olduqca fəal iştirak etmişdirlər. Təlimçilər bu fəallığı müşahidə edərək tələbələrin […]
iqtisadiyyat və İarəetmə fakültəsində açıq dərs keçirilmişdir. Açıq dərs İqtisadiyyat ixtisasının tələbələrinə Rus dili fənnindən keçirilmişdir. Açıq dərs Rus dili kafedrasının müəllimi Murquzova Lamiyə Nüsrət qızı tərəfindən keçirilmişdir. Dərs müəllim və tələbələrin aktivliyi ilə fərqlənmişdir.
18.04.2018 -ci il tarixində Gəncə Debat 2017 Payız formunun qalib komandaları universitet rəhbərliyi tərəfindən fəxrifərmanla təltif edilmişdirlər. Komanda üzvlərindən ikisi İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi olan Pənahov Natiq və Xudaquliyev Loğman olmuşdur. Bizdə fakültə kollektivi adından tələbələrimizi təbrik edirik.
Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarə etmə fakültəsi “İlham Əliyev və Azərbaycan təhsili” mövzusunda inşa yazı müsabiqəsi elan edir. Qeyd: İnşa mövzusunun İqtisadiyyat yönümlü olması məqsədə uyğundur. FORMA 1. İnşanın tərtibi qaydaları Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas Mətn sətirdən sətirə keçirilmədən […]