Kateqoriya Arxivləri: Xəbərlər

AÇIQ DƏRS: “İSTEHLAKÇILARIN DAVRANIŞI VƏ MODELLƏŞDİRİLMƏSİ”

Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi Flora Nağıyeva “Marketinqin əsasları” fənnindən “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi” ixtisaslarının 2-ci kursunda təhsil alan tələbələr üçün “İstehlakçıların davranışı və modelləşdirilməsi” mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə istehlakçıların bazar şəraitində qərarvermə mexanizmləri, seçim prinsipləri və onların iqtisadi modellər vasitəsilə izahı ətraflı şəkildə təqdim edilmişdir. Açıq dərs zamanı tələbələrə […]

Davamı

TƏLƏBƏLƏRİMİZ İDMAN MEYDANINDA: “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibətilə universitetdə genişmiqyaslı tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş fakültələrarası spartakiadanın bağlanış mərasiminə həsr olunub.Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların yekun nəticələri təqdim olunub. Yarışlarda fərqlənərək mükafata layiq yerlər qazanan idmançılar universitetin İdman Klubu tərəfindən fəxri fərman və medallarla təltif […]

Davamı

FUTBOLÇULARIMIZDAN BÖYÜK UĞUR: tələbələrimiz fakültələrarası futbol yarışında II yerə sahib oldular!

Universitetimizdə keçirilən fakültələrarası futbol çempionatı maraqlı anlar və gərgin mübarizə ilə yadda qaldı. Həftələrlə davam edən maraqlı oyunlar silsiləsində fakültəmizi təmsil edən futbol komandası turnirin ən diqqətçəkən və intizamlı kollektivlərindən biri olduğunu sübut etdi. Komandanın daxilində fakültə TGT-nin aktiv tələbələri, idarə heyətinin üzvləri də iştirak edirdi. Turnir boyu qrup mərhələlərini uğurla keçən komandamızın əsl sınağı […]

Davamı

Baharın od nəfəsi: OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

Novruz bayramının mühüm mərhələlərindən biri olan Od çərşənbəsi ölkəmizin hər bir guşəsində böyük qürur və sevinclə qarşılanır. Qədim inanclarımıza görə, bu çərşənbə günəşin hərarətini, təbiətin qış yuxusundan oyanışını və mənəvi təmizlənməni simvolizə edir. Od – istilik, işıq və enerji deməkdir. Bu mübarək gündə alovlanan tonqallar təkcə təbiəti deyil, həm də qəlbimizdəki qurub-yaratmaq eşqini yenidən canlandırır. […]

Davamı

Fakültədə Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirildi

Fakültədə Xocalı soyqırımının ildönümü münasibətilə fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə anım tədbiri təşkil olunmuşdur. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Anım tədbirində Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Məsim Abadov, Menecment və turizm işi kafedrasının müdiri […]

Davamı

Su Çərşənbəsi – baharın müjdəçisi

Su Çərşənbəsi Azərbaycan xalqının qədim inanclarına əsaslanan və Novruz bayramına aparan dörd çərşənbənin birincisidir. Xalq arasında “Əzəl çərşənbə” və ya “Gözəl çərşənbə” də adlandırılır. Bu çərşənbə suyun təmizləyici, dirildici və yeniləyici gücünü simvolizə edir.İnanca görə, Su Çərşənbəsində sular təzələnir, təbiət oyanmağa başlayır, insanlar su ilə paklanaraq yeni ilə ruhi və mənəvi hazırlıq görürlər. Bu gün […]

Davamı

Xocalı Soyqırımının Anım Günü ilə bağlı fakültədə tədbir keçiriləcək

Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar fakültəmizdə anım tədbiri keçiriləcək.Tədbirin məqsədi Xocalı faciəsinin tarixi mahiyyətini bir daha xatırlatmaq, bu insanlıq əleyhinə törədilmiş cinayət haqqında gənclər arasında maarifləndirməni artırmaq və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməkdir. Tədbir 24 fevral 2026-cı il saat 15:00-da təşkil olunacaq. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti […]

Davamı

ANA DİLİ – milli kimliyin, iqtisadi düşüncənin və idarəetmənin təməli

“21 fevral – Ana Dili Günü” cəmiyyətin mədəni və intellektual inkişafında dilin rolunu dəyərləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda sosial-iqtisadi proseslərin qavranılması, elmi biliklərin ötürülməsi və idarəetmə mexanizmlərinin formalaşdırılması üçün əsas vasitədir. Bu baxımdan ana dilinin qorunması və inkişafı iqtisadiyyat və idarəetmə sahələri üçün də aktual məsələdir. İqtisadi […]

Davamı

YENİ UĞURLARA DOĞRU: 2025–2026-cı tədris ilinin yaz semestri başladı

Yaz semestri tələbələr üçün bilik və bacarıqların daha da dərinləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə fəal qoşulma, innovativ düşüncə və peşəkar inkişaf baxımından mühüm mərhələdir. Bu semestr ərzində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müasir tədris metodlarının tətbiqi, tələbəyönümlü yanaşmanın gücləndirilməsi əsas prioritetlərdəndir.Semestr çərçivəsində mühazirə və seminarlarla yanaşı, praktiki məşğələlər, elmi konfranslar, maarifləndirici tədbirlər və sosial layihələrin keçirilməsi nəzərdə tutulur. […]

Davamı

GDU-da elektron kitabxana istifadəyə verildi

Gəncə Dövlət Universitetində müasir standartlara cavab verən elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Artıq tələbələr və akademik heyət Gəncə Dövlət Universitetinin saytına (gdu.edu.az) daxil olduqdan sonra “Elektron kitabxana” linki (gdu.empro.az) vasitəsilə zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış ola biləcəklər. Universitet kitabxanasının mövcud məlumat bazasında yer alan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə daxil ediləcək. Əsas […]

Davamı