TƏLƏBƏLƏRİMİZ İDMAN MEYDANINDA: “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibətilə universitetdə genişmiqyaslı tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş fakültələrarası spartakiadanın bağlanış mərasiminə həsr olunub.
Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların yekun nəticələri təqdim olunub. Yarışlarda fərqlənərək mükafata layiq yerlər qazanan idmançılar universitetin İdman Klubu tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanmış və idmanın təbliği baxımından əhəmiyyətli olmuşdur. Fakültəmizin tələbələrinin idman növləri üzrə yığma komandaları yüksək nəticə göstərərmişlər.
Sonda qeyd olunmuşdur ki, bu cür tədbirlərin keçirilməsi gənclər arasında sağlam həyat tərzinin formalaşdırılmasına və idmana olan marağın daha da artırılmasına xidmət edir.