Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi Flora Nağıyeva “Marketinqin əsasları” fənnindən “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi” ixtisaslarının 2-ci kursunda təhsil alan tələbələr üçün “İstehlakçıların davranışı və modelləşdirilməsi” mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə istehlakçıların bazar şəraitində qərarvermə mexanizmləri, seçim prinsipləri və onların iqtisadi modellər vasitəsilə izahı ətraflı şəkildə təqdim edilmişdir. Açıq dərs zamanı tələbələrə istehlakçı davranışının formalaşmasına təsir edən əsas amillər, faydalılıq anlayışı, büdcə məhdudiyyəti və istehlakçı seçimlərinin modelləşdirilməsi kimi mövzular izah edilmiş, mövzu üzrə praktik nümunələr təqdim olunmuşdur. İnteraktiv müzakirələr vasitəsilə tələbələrin mövzuya marağı artırılmış, onların iqtisadi düşüncə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilmişdir.
Dərsdə fakültə rəhbərliyi – dekan, dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, kafedranın müəllimləri Elmira Məmmədova, Nərmin Həsənova, Səfurə Hüseynova iştirak etmiş, açıq dərsin keçirilməsi tədris prosesində innovativ və müasir yanaşmaların tətbiqi baxımından müsbət qiymətləndirilmişdir. Dərsin əsas məqsədi tələbələrin iqtisadi prosesləri daha dərindən anlamaq, istehlakçı davranışını iqtisadi modellər vasitəsilə təhlil etmək və nəzəri bilikləri praktik yanaşmalarla əlaqələndirmək olmuşdur.
Flora müəlliməyə gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar, yeni nailiyyətlər və tələbələrin yetişdirilməsində davamlı müvəffəqiyyətlər arzulayırıq.





