MEDİA VƏ İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR

Gəncə Dövlət Universitetində 2017–2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanın təşkili prosesini müşahidə etmək üçün “açıq qapı” günü təşkil olunub.

Müşahidəçilər universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt”in iş prinsipi ilə tanış olublar. Vurğulanıb ki, qərargahın yaradılmasında məqsəd imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verməkdir.

Qeyd edək ki, açıq qapı günündə iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin də imtahanı olmuşdur. Fakültə tələbələrinin valideynləri açıq qapı günündə fəal iştirak etmişdirlər. Onlar imtahan şəraiti ilə tanış olmuş və öz müsbət fikirlərini bildirmişdirlər.

Hər birində iki nəzarətçi və 25 tələbə olan səkkiz otaqda imtahan keçirilib. 24 ixtisas üzrə 2-ci, 3-cü və 4-cü kursda oxuyan 1600-ə yaxın tələbənin 39 fənn üzrə biliyi qiymətləndirilib. İmtahanda 50 suala cavab yazmaq üçün tələbələrə 1 saat vaxt verilib.

Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.