20 YANVAR FACİƏSİ TARİXİMİZİN QƏHRƏMANLIQ SƏHİFƏSİDİR

iqtisadiyyat və İdarəetmə fakültəsində 20 yanvar faciəsi ilə əlaqədar anım günü keçirilmişdir. Fakültə tələbələri 20 yanvar faciəsi ilə bağlı məlumat və video roliklər hazırlamışlar. Anım günündə GDU- nun Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, fakültə dekanı Ş.N Xurşudov, fakültənin müəllim və tələbələri iştirak etmişdirlər.

Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin həyata keçirtdiyi “20 yanvar – Qanlı və Şanlı tariximiz” adlı tədbirin

Ssenarisi:

  1. Salam hörmətli tədbir iştirakçıları. Bu gün bizimlə olduğunuz üçün hər birinizə təşəkkürümüzü bildiririk və fakultəmiz adından hər birinizə 20 yanvar – Ümumxalq hüzn günü ilə bağlı baş sağlığı verir, hamıya səbr diləyirik. Azərbaycan Respublikasının dövlət Himni Azərbaycan dövlətinin müstəqillik rəmzidir.

Himn:

20 yanvar şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad edək:

  1. “20 yanvar – Qanlı və Şanlı tariximiz” adlı tədbirimizi açıq elan etmək üçün Universitetimizin Humanitar Məsələlər üzrə prorektoru Dos. Gülsüm xanım Fətəliyevaya söz verilir.

İndi isə çıxış üçün söz verilir fakultəmizin dekanı Dos. Xurşudov Şahin müəllimə.

Çıxış üçün söz verilir İqtisadiyyat Kafedrasının müdiri Dos. Əhmədov Zakir müəllimə.

  1. Bəli, bu gün bu tədbirə yığışmağımızın bir səbəbi, min bir dərdi var. Elə bir dərd ki, nə qaysaq bağlamır, nə də sağalmır. Bu “ 20 yanvar – Ümumxalq hüzn günü”dür. 20 yanvar gecəsi tarixdə misli görünməmiş tarixi gecədir. Elə bir gecə ki, 28 il keçməsinə baxmayaraq yenədə bu gün olmuş kimi qəlbimizə dağ çəkir.

  2. 20 yanvar hadisələri baş verdikdən sonra yazıçı və şairlərimiz “20 yanvar qırğını”na həsr edilmiş şeir və romanlar yazmağa başlamışlar. İndi isə tədbirimizin bu hissəsində 20 yanvar gününə həsr edilmiş “Qanlı Yanvara” şeiri ilə çıxış edir: Menecment ixtisası II kurs tələbəsi Əhmədova Mədinə.

  3. 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusu ilə çıxış edir: Menecment ixtisası II kurs tələbəsi Nəsirli Arzu.

  4. Tədbirimizin bu əsnasında sizləri “20 yanvar hadisələrini” əks etdirən video-çarxı izləməyə dəvət edirik.

  5. İndi isə “Şəhidlər” şeiri ilə çıxış edir: Mühasibat uçotu və audit ixtisası I kurs tələbəsi Allahverdiyeva Gülay.

  6. İndi isə “20 Yanvar hadisələrindən 28 il ötür” mövzusunda öz sözləri ilə çıxış edir: Turizm və Otelçilik ixtisası I kurs tələbəsi Hüseynova Rəmziyyə.

  7. 20 yanvar günü Bakıda həyata keçirilən qırğına Dünya mediasıda laqeyid qalmadı. Bu haqisələri ilk qınayan və xarici mediada ilk işıqlandıran Türkiyə Cumhuriyyətinin hazırladığı video-çarxa baxaq.

  8. “İyirmi yanvar günü!” şeiri ilə çıxış edir: Maliyyə ixtisası I kurs tələbəsi Quliyeva Aynurə.

  9. Gitarda ifa edir: “Şəhid arzularım” mahnısı ilə Turizm və Otelçilik ixtisası I kurs tələbəsi Bayramov Əkbər.

  10. Sonda isə “20 yanvar tarixi xronologiyası” adlı video-çarxa baxaq.