Kateqoriya Arxivləri: Kateqoriyasız

Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması

Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan “Mİ-8” mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur.

Davamı

26 yanvar – Dünya Ekoloji Təhsil Günüdür

Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır. Bu günlə bağlı dünyanın bir çox […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI UĞURLA DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Universitetdə 6 yanvar 2025-ci il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb və  yanvar ayının 23-dən test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 3000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin […]

Davamı

Gəncə Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə Times Higher Education Asiya Ali Təhsil Mükafatları 2025 Müsabiqəsində “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyası üzrə 8 universitet siyahısına düşüb

        Gəncə Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə Times Higher Education Asiya Ali Təhsil Mükafatları Müsabiqəsində Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitet siyahısına düşmüşdür. Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən hər il təşkil olunan Asia Ali Təhsil Mükafatlarının (THE Award Asia) 2025-ci il üçün qısa siyahısı  açıqlanıb. Təşkilatın sözləri ilə […]

Davamı

GDU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib.  Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova,  “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlkin Cavadov, KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər. Universitetin Tədris məsələləri üzrə prorektoru  Şahin Xurşudov, Humanitar məsələlər […]

Davamı

20 yanvar ümumxalq hüzn günü

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi, həmçinin 20 Yanvar Bakı faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında” Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada […]

Davamı

Gəncədə Cavad Xanın anım günü qeyd edilmişdir

1804-cü il yanvar ayının 4-də çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olmuş Gəncənin sonuncu hakimi Cavad xanın anım günü qeyd edilmişdir. Cavad xanın məqbərəsi önünə toplaşan yüzlərlə gəncəli Azərbaycanın şanlı qəhrəmanlıq tarixində vüsusi yeri olan xalq qəhrəmanının xatirəsini ehtiramla yad etmiş, qəbri üzərinə tər qərənfillər düzmüşlər. Çıxış edənlər Cavad Xanın oğlu Hüseynqulu […]

Davamı

GDU-DA PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIB

    Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız  semestrinin imtahan sessiyasına start verilib. 6 yanvar 2025-ci il tarixdə başlayan  imtahan sessiyasının 31 yanvar tarixdə yekunlaşması nəzərədə tutulur.       Universitetin rektoru Yusif Yusibovun imzaladığı əmrə əsasən ali təhsil ocağında bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb. İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun obyektiv keçirilməsi, imtahan prosesinə kənar müdaxilənin […]

Davamı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet […]

Davamı

Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin […]

Davamı