28 oktyabr 2025-ci ildə Menecment və turizm işi kafedrasının müəllimi Türkan Rzayevanın Turizm işinin təşkili III kurs tələbələrinə Turizmdə əyləncə işinin təşkili fənnindən “Turizm komplekslərinin səmərəliliyində animasiya texnologiyalarının rolu” mövzusunda keçirilən açıq mühazirə dərsində müasir turizmdə innovativ xidmət yanaşmaları müzakirə olunmuşdur. Dərs boyu animasiya texnologiyalarının turist davranışlarına təsiri, əyləncə menecmentindəki rolu və rəqabət üstünlüyü yaratmadakı əhəmiyyəti geniş təhlil edilmişdir. Mövzuya yaradıcı yanaşma və real nümunələrlə yanaşı, tələbələrin aktiv iştirakı ilə dərs interaktiv mühitdə keçmişdir. Dərsdə dekan dosent Məsim Abadov, kafedra müdiri dosent Əli Allahverdiyev və kafedra müəllimləri iştirak etdi.


