Açıq dərs

31 oktyabr 2025-ci il tarixində Menecment və turizm işi kafedrasının müəllimi Babayev Məhərrəm Ramiz oğlunun Marketinq ixtisasının IV kurs tələbələrinin iştirakı ilə Rəqəmsal Marketinq fənnindən “Sosial Media Reklamları” mövzusunda açıq dərs keçirilib

Açıq dərsin məqsədi tələbələrə müasir dövrdə rəqəmsal mühitdə reklam fəaliyyətinin rolu, sosial media platformalarının bizneslər üçün əhəmiyyəti və effektiv reklam strategiyalarının formalaşdırılması haqqında praktiki biliklərin verilməsi olub.

Dərs zamanı Facebook, Instagram, TikTok və Google Ads kimi platformalarda reklamın planlaşdırılması, hədəf auditoriyanın seçilməsi, büdcənin bölüşdürülməsi və nəticələrin ölçülməsi məsələləri müzakirə olunub. Tələbələrə real nümunələr əsasında reklam kampaniyalarının yaradılması qaydaları izah edilib.

Müəllim dərs boyu tələbələrin aktiv iştirakını təmin edib, sosial media alətlərindən düzgün istifadə üsullarını nümayiş etdirib. Dərs sonda tələbələrin suallarının cavablandırılması və qrup müzakirəsi ilə yekunlaşıb. Dərsdə dekan Məsim Abadov, kafedra müdiri dosent Əli Allahverdiyev və mçüəllimlər iştirak etdi.