24 noyabr 2025-ci il tarixində Menecment və turizm işi kafedrasının müəllimi Azər Tağıyevin Turizm bələdçiliyi ixtisası III kurs tələbələrinə “Turizm dıyarşunaslıq işində bələdçilik” fənnindən “Tarixi və mədəni irsin tanıdılması” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tarixi və mədəni irsin tanıdılması, mövcud keçmişin dəyərlərini, adət-ənənələrini və nailiyyətlərini gələcək nəsillərə ötürmək, həmçinin müasir dövrdə bu irsin mühafizəsi və qiymətləndirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi, abidələrin, tikili komplekslərinin, qoruqların, kitabələrin, heykəllərin, rəsmlərin, arxeoloji tapıntıların və digər mədəni sərvətlərin qorunmasını və dünya miqyasında tanıdılmasını əhatə edir. Tanıtma fəaliyyətinə beynəlxalq tədbirlərdə iştirak, dövlət səviyyəsində tədbirlərin görülməsi və təbliğat məqsədi daşıyan müxtəlif proqramların həyata keçirilməsi daxildir. Dərsdə kafedra müdiri dosent Əli Allahverdiyev, b/m. Nəcəf Qurbanov və başqa müəllimlər iştirak etdi.


