
“Mencement və turizm işi” kafedrasının müəllimi Məhərrəm Ramiz oğlu Babayev elmi uğur əldə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən o, iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Uzunmüddətli elmi araşdırmalar, məsuliyyətli akademik fəaliyyət və ardıcıl zəhmətin nəticəsi olan bu uğur həm müəllimimizin şəxsi nailiyyəti, həm də fakültəmizin elmi potensialının göstəricisidir. Məhərrəm Babayev pedaqoji fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işlərində də fəallığı və peşəkarlığı ilə seçilir. O, Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti, eləcə də Dövlət İmtahan Mərkəzinin imtahan rəhbəri kimi fəaliyyət göstərir. O, bakalavr təsilini “Menecment” ixtisası üzrə, magistratura təhsilini “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə başa vurub. Doktorantura təhsilini isə “Ümumi iqtisadiyyat” ixtisası üzrə davam etdirərək “Azərbaycan Respublikasında iqtisadiyyatın tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda araşdırma aparıb. Fakültə rəhbərliyi və kollektivimiz adından cavan müəllimimizi bu əlamətdar nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.