28 noyabr 2025-ci il tarixində Menecment və turizm işi kafedrasında iclas keçirildi. İclasda başqa məsələlərlə bərabər kafedra müdiri seçkisi olduğu üçün sədrliyi fakültə dekanı, dosent Məsim Abadov edirdi. İclasın katibi səsvermə yolu ilə kafedranın müəllimi Məmmədova Elmira seçildi. İclasda müzakirələr getdi, cıxışlar oldu və sonda yekdilliklə kafedra müdiri vəzifəsinə ərizə ilə müraciət etmiş və namizədliyini vermiş dosent Allahverdiyev Əli Aydın oğluna səs verildi. Onun sənədləri Fakültə Elmi Şurasına təqdim olundu.




