“İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasının II kurs tələbəsi Abdullayev Rəhman Qalib oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” adlı III Ümumrespublika elmi məqalə müsabiqəsində “Süni intellektin iş yerlərinə təsiri” adlı məqaləsinə görə sertifikatla təltif olunmuşdur. Bundan əlavə, Rəhman akademik inkişaf və elmi yaradıcılıq yolunda inamla irəliləyərək, bir çox beynəlxalq sertifikatlar əldə etmişdir. Bu uğur gənc tədqiqatçıların elmi potensialının inkişafının bariz nümunəsidir. Tələbəmizi əldə etdiyi nailiyyətlərə görə təbrik edirik və gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.




