GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!

Gənclər Günü Azərbaycan cəmiyyətində gənclərin rolunu, potensialını və ölkənin gələcəyində tutduğu mühüm mövqeyi bir daha diqqət mərkəzinə gətirən əlamətdar gündür. Azərbaycan gəncliyi tarixən milli-mənəvi dəyərlərə bağlılığı, eyni zamanda müasir dünyaya açıq düşüncə tərzi ilə seçilmişdir.

Məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.


Bu gün Azərbaycan gəncləri təhsildə, elmdə, iqtisadiyyatda, idarəetmədə, innovasiya və sahibkarlıq sahələrində fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər. Dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən proqramlar, təhsil imkanları və beynəlxalq layihələr gənclərin bilik və bacarıqlarının inkişafına geniş şərait yaradır.
Müasir Azərbaycan gənci yalnız peşəkar kadr kimi deyil, həm də vətənpərvər, məsuliyyətli və təşəbbüskar vətəndaş kimi formalaşır. Onlar milli maraqları qorumaqla yanaşı, qlobal çağırışlara cavab verə bilən, yeniliyə açıq düşüncə ilə cəmiyyətin inkişafında fəal mövqe tutur.
Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onlara elmdə, təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, gənclərin enerjisi, biliyi və əzmi ölkəmizin davamlı inkişafının əsas təminatçısı olacaqdır.