ƏMƏK VƏ FƏALLIĞIN NƏTİCƏSİ: tələbələrimiz Fəxri Fərmanla təltif olundu

“Gənclər günü” münasibətilə Gəncə Dövlət Universitetində tədbir keçirilib. Universitetimizin bir qrup tələbəsi təhsildə yüksək nailiyyətlər qazandıqlarına və ictimai fəaliyyətlərdə fəal iştirak etdiklərinə görə rektorun Fəxri Fərmanı ilə təltif olunmuşdur. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, GDU Həmkarlar İttifaqı Komitəsinin sədri  Afaq Qasımova, GDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və təltif olunan tələbələr çıxış etmişlər. Fakültəmizin üç tələbəsi də Fəxri fərmanla təltif edilib.
Bu təltif tələbələrimizin akademik göstəricilərinin yüksək səviyyədə olmasının, eləcə də universitetin ictimai, elmi və sosial həyatında fəal mövqe tutmalarının bariz nümunəsidir. Onların məsuliyyətli yanaşması, təşəbbüskarlığı və davamlı inkişaf istəyi gənclər üçün nümunə hesab olunur.
Universitet rəhbərliyi tərəfindən təqdim olunan fəxri fərmanlar tələbələrin əməklərinə verilən yüksək dəyərin ifadəsi olmaqla yanaşı, gələcək fəaliyyətlərində onlara əlavə motivasiya qazandırır.
Təltif olunan bütün tələbələrimizi ürəkdən təbrik edir, onlara təhsil və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, onlar bundan sonra da universitetimizi və fakültəmizi layiqincə təmsil edəcəklər.

Fəxri Fərmanla təltif olunan tələbələrimiz:

  1. Nuray Əkbərova – Fakültə  Tələbə Gənclər təşkilatının sədri, İqtisadiyyat ixtisası III kurs tələbəsi
  2. Rəhman Abdullayev – İqtisadiyyat ixtisası II kurs tələbəsi
  3. Tamara Cəfərli – Mühasibat ixtisası IV kurs tələbəsi.