“İqtisadiyyat və idarəetmə” fakültəsində gənc müəllim, tələbə və əməkdaşların akademik, elmi və ictimai fəaliyyətlərinin stimullaşdırılması məqsədilə dekan dosent Məsim Abadov tərəfindən sertifikatla təltifetmə mərasimi həyata keçirilmişdir. Təltif olunma, gənclərin təhsil prosesində göstərdikləri fəallıq, təşəbbüskarlıq və əldə etdikləri nailiyyətlərin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dekan tərəfindən təqdim edilən sertifikatlar gənc müəllimlərin tədris prosesindəki məsuliyyətli yanaşmasını, tələbələrin elmi-tədqiqat və ictimai fəaliyyətlərdə aktiv iştirakını, əməkdaşların səmərəli və keyfiyyətli fəaliyyətinin artmasını təşviq etmək məqsədi daşıyır. Qeyd olunmuşdur ki, gənc kadrların və tələbələrin potensialının üzə çıxarılması fakültənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.
Təltif olunan müəllim, əməkdaş və tələbələr göstərilən etimada görə təşəkkürlərini bildirərək, bundan sonra da elmi və akademik fəaliyyətlərini daha da yüksəltməyə çalışacaqlarını vurğulamışlar.
Sonda dekanlıq tərəfindən gənclərin bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi istiqamətində bu cür təşəbbüslərin davamlı olacağı qeyd edilmişdir.
Aşağıda adları qeyd edilən gənc müəllim, əməkdaş və tələbələr sertifikatla təltif edilmişdir:
“İqtisadiyyat” kafedrası:
- Aytac Hüseynova
- Nərmin Həsənova
- Kənan Rəhimov
- Sahilə Xəlilova
- Səbinə Adıgözəlova
- Nigar Xurşudlu
“İdarəetmə” kafedrası
- Xaliq Quliyev
- Ulduz Mehdiyeva
- Kübra Cəfərova
- Aysu Paşayeva
“Menecment və turizm işi” kafedrası
- Şərqiyyə Namazova
- Mətanət İsmayılova
- Şəbnəm Məmmədova
- İlkin Mustafayev
- Flora Nağıyeva
- Sevinc Quliyeva
- Raziyə Quluzadə
Tyutor:
- Çinarə Alıyeva
Tələbə:
- Xəlil Xəlilov
- Əli Kərimov
- Cavidan Xoyluzadə
- Nihad Mustafazadə
- Qəlbinur Yusifli
- Azər Cəfərli
- Rübail Quluzadə
- Güləsər Musayeva
- Elməddin Nəsirov
- Fəxrəddin Qarayev
- Nicat İmanov
- Eyyub Quliyev
- Tellan Zeynalova

















