Yaz semestri tələbələr üçün bilik və bacarıqların daha da dərinləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə fəal qoşulma, innovativ düşüncə və peşəkar inkişaf baxımından mühüm mərhələdir. Bu semestr ərzində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müasir tədris metodlarının tətbiqi, tələbəyönümlü yanaşmanın gücləndirilməsi əsas prioritetlərdəndir.
Semestr çərçivəsində mühazirə və seminarlarla yanaşı, praktiki məşğələlər, elmi konfranslar, maarifləndirici tədbirlər və sosial layihələrin keçirilməsi nəzərdə tutulur. Bu da tələbələrin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməyə xidmət edəcəkdir.
2025–2026-cı tədris ilinin yaz semestrinin başlanması ilə əlaqədar olaraq tələbələrimizi, professor-müəllim heyətini və akademik kollektivi yeni semestr münasibətilə təbrik edirik.
Bütün tələbələrə dərslərində uğurlar, müəllimlərə səmərəli və məhsuldar tədris fəaliyyəti, akademik heyətə isə yeni nailiyyətlər arzulayırıq.
Ümid edirik ki, 2025–2026-cı tədris ilinin yaz semestri hər kəs üçün uğurlu, faydalı və nəticəyönümlü olacaqdır.
Yeni semestriniz mübarək!


