“İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasının I kurs tələbəsi Elnarə Hüseynova “Taekvando” idman növü üzrə Hövsan FHN İdman Sağlamlıq Mərkəzində keçirilən böyüklər arasında keçirilən ölkə çempionatı yarışında 67 kq çəki dərəcəsində uğurlu çıxış edərək bürünc medala layiq görülüb.
O, yarış boyunca yüksək əzmkarlıq, peşəkarlıq və idman ruhu nümayiş etdirərək rəqibləri üzərində üstünlük qazanıb. Bu nailiyyət tələbəmizin həm fiziki hazırlığının, həm də iradə və zəhmətinin bariz nümunəsidir. Onun əldə etdiyi nəticə gənclərimizin hərtərəfli inkişaf etdiyinin, onların yalnız iqtisadiyyat və biznes sahəsində deyil, eyni zamanda idman və digər sahələrdə də yüksək nailiyyətlər qazandıqlarının və düzgün istiqamətdə inkişafının göstəricisidir.
Tələbəmizi bu uğur münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.


