TƏLƏBƏ FƏALLIĞININ NÜMUNƏSİ:tələbəmiz il ərzində TGT-də fəallığı ilə fərqləndi

İqtisadiyyat və idarəetmə fakültəsi “Turizm işinin təşkili” ixtisasının I kurs tələbəsi Azər Cəfərli 2025-ci il ərzində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) tərkibində fəaliyyət göstərən Tələbə Klubları çərçivəsində tələbələrin təhsildənkənar fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirak etmişdir. O, müxtəlif tədbirlərin planlaşdırılması, təşkilati işlərin icrası və tələbələrin ictimai həyata cəlb olunmasında xüsusi təşəbbüskarlıq nümayiş etdirmişdir. Göstərdiyi fəal mövqeyə, məsuliyyətli yanaşmaya və tələbə gənclərin inkişafına verdiyi töhfələrə görə Azər Cəfərli ATGTİ tərəfindən “İlin TGT Fəalı” nominasiyası üzrə təltif olunmuşdur.

Təhsil yalnız auditoriya ilə məhdudlaşmır. Müasir dövrdə tələbələrin həm akademik biliklərə yiyələnməsi, həm də ictimai və sosial fəaliyyətlərdə fəal iştirakı onların formalaşmasında mühüm rol oynayır. Bu baxımdan tələbəmiz Cəfərli Azər öz fəallığı və təşəbbüskarlığı ilə seçilərək nümunəvi tələbə kimi fərqlənmişdir.
Bu uğur bir daha sübut edir ki, fakültəmizin tələbələri yalnız ixtisas bilikləri ilə deyil, eyni zamanda ictimai fəallıqları, liderlik bacarıqları və sosial məsuliyyətləri ilə də seçilirlər. Azər Cəfərli bu nailiyyəti münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!