Fakültəmizin “Menecment və turizm işinin təşkili” kafedrasının müəllimi, iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru Məhərrəm Babayevin “İnnovasiyaların idarə edilməsi” fənni üzrə maraqlı açıq dərsi baş tutub. Biznesin idarə edilməsi (qrup 3) ixtisası tələbələrinə təşkilati quruluşların səmərəliliyinin artırılması yolları izah edilib. Açıq dərsdə kafedra müdiri, i.f.d. Əli Allahverdiyev, baş müəllim, i.f.d. Şahin Qasımov, baş müəllim, i.f.d. Elnurə Xudaverdiyeva, baş müəllim Nəcəf Qurbanov, müəllim Elmira Məmmədova iştirak ediblər.
Mühazirəçi tərəfindən müəssisələrdə innovasiya mühitinin yaradılması, strukturların çevikliyi və resursların optimal bölüşdürülməsi məsələləri elmi əsaslarla şərh olunub. Tələbələr innovasiyaların idarə edilməsində struktur islahatlarının iqtisadi səmərəsini hesablayan müasir metodikalarla tanış olublar.
Səmimi diskussiya şəraitində keçən mühazirə həm tələbələr, həm də müşahidəçi müəllimlər tərəfindən böyük maraqla qarşılanıb.
Məhərrəm müəllimə elmi fəaliyyətində uğurlar arzu edirik!








