Keçmişdən gələcəyə: “Azərbaycanda turizmin inkişaf yolu” açıq dərsdə müzakirə olunub

Bu gün fakültəmizdə “Menecment və turizm işinin təşkili” kafedrasının müəllimi Şəbnəm Məmmədovanın Turizm işinin təşkili (qrup 1) tələbələri üçün olduqca maraqlı bir açıq dərsi baş tutmuşdur. “Turizm hüququ” dərsi çərçivəsində ölkəmizdə turizmin inkişaf tarixinə və bu sahəni tənzimləyən hüquqi islahatlara nəzər salındı. Dərsdə kafedranın baş müəllimi Gülnara Turabova, müəllimlər Türkan Rzayeva, Elmira Məmmədova, Nərmin Həsənova, laborant, Raziyə Quluzadə iştirak etdilər.

Dərsdə Azərbaycandakı qədim karvansaralardan tutmuş, müasir “Şahdağ” və “Naftalan” kimi turizm mərkəzlərinin hüquqi statusuna qədər geniş bir dövr işıqlandırıldı. Tələbələr turizmin bir sənaye sahəsi kimi formalaşmasında qanunvericiliyin rolunu və bu sahədəki tarixi varisliyi ətraflı öyrənmək imkanı qazandılar.

İnteraktiv sual-cavab formatında keçən dərsdə tələbələr həm də ölkəmizin turizm potensialının beynəlxalq müstəvidə təbliği məsələlərinə dair fikir mübadiləsi apardılar.

Şəbnəm müəllimi elmi fəaliyyətində uğurlar arzu edirik!