İxracyönümlü iqtisadiyyatın inkişafı: Elmi-nəzəri seminarda aktual məsələlər müzakirə olunub.

İqtisadiyyat və idarəetmə” fakültəsində “İqtisadiyyat” kafedrasının müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Nərmin Həsənovanın “Azərbaycan Respublikasında ixracyönümlü qeyri-neft iqtisadiyyatının inkişaf probemləri mövzusuna həsr olunmuş elmi-nəzəri seminarı keçirilib.

Seminarda fakültənin dekanı, kafedra müdirləri, professor-müəllim heyəti və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məruzəçi nümayəndələri qeyri-neft sektorunun inkişafının ölkə iqtisadiyyatının şaxələndirilməsindəki strateji əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixracın strukturunda qeyri-neft məhsullarının payının artırılması bu gün dövlət iqtisadi siyasətinin əsas prioritetlərindən biridir.

Məruzələr zamanı aşağıdakı əsas istiqamətlər ətrafında geniş müzakirələr aparılıb:

  • Qeyri-neft sektorunda ixrac potensialının mövcud vəziyyəti;
  • İxracyönümlü istehsalın stimullaşdırılmasında innovasiyaların rolu;
  • Logistik imkanlar və beynəlxalq bazarlara inteqrasiya problemləri;
  • Rəqabətqabiliyyətli yerli istehsalın artırılması yolları.

Seminarın gedişində iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıb, Azərbaycanın ixrac strategiyasının təkmilləşdirilməsinə dair öz təklif və mülahizələrini bölüşüblər. Çıxışlarda həmçinin vurğulanıb ki, bu cür elmi müzakirələr tələbə və gənc mütəxəssislərin müasir iqtisadi meyilləri dərindən mənimsəməsinə və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Sonda seminarın nəticələri yüksək qiymətləndirilib və mövzu ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin vacibliyi qeyd olunub.

Nərmin müəlliməyə elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik!