Dekanlıqdan tələbələrə təşəkkür

Fakültədə Novruz bayramı münasibətilə təşkil olunan “Novruz gəlir, yaz gəlir” adlı tədbirdə milli obrazları yüksək səviyyədə canlandıran tələbələr dekanlıq tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Tədbir zamanı tələbələrin səhnə performansı iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Onların yaratdığı bayram əhval-ruhiyyəsi Novruzun ruhunu dolğun şəkildə əks etdirərək tədbirə xüsusi rəng qatıb.

Fakültə rəhbərliyi tərəfindən qeyd olunub ki, milli dəyərlərimizin yaşadılması və gənc nəsil arasında təbliği baxımından belə təşəbbüslər olduqca əhəmiyyətlidir. Bu baxımdan, obrazları uğurla təqdim edən tələbələrin əməyi yüksək qiymətləndirilib. Sonda tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulanıb və onların bu cür fəallığının davamlı olması tövsiyə edilib.