“İqtisadiyyat və idarəetmə” fakültəsində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və tələbələrin müasir iqtisadi proseslərə dair biliklərinin dərinləşdirilməsi məqsədilə növbəti açıq dərs keçirilmişdir.
“İqtisadiyyat” kaferasının baş müəllimi Aynur Kərimovanın “İqtisadiyyat” ixtisasının III kurs tələbələrinə “Azərbaycan iqtisadiyyatı” fənni çərçivəsində təşkil olunan açıq dərsi “Azərbaycan iqtisadiyyatının regional inkişafı” mövzusuna həsr olunmuşdur. Açıq dərsdə fakültə dekanı, dosent Məsim Abadov, kafedra müdiri iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Zakir Əhmədov, fakültənin müəllim kollektivi iştirak etmişlər.
Dərs zamanı ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əhəmiyyəti, qeyri-neft sektorunun inkişafında bölgələrin rolu və mövcud resurslardan səmərəli istifadə imkanları geniş təhlil edilmişdir.
Məruzəçi mövzu ilə bağlı çıxış edərək, işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata inteqrasiyası, yeni iqtisadi rayonların formalaşması və regionlarda sahibkarlıq mühitinin stimullaşdırılması barədə ətraflı məlumat vermişdir. Dərs boyu müasir təlim metodlarından və vizual materiallardan istifadə olunması tələbələrin mövzuya marağını daha da artırmışdır.
Diskussiya formatında davam edən dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, regionların rəqabət qabiliyyətinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılmışdır. Fakültə rəhbərliyi və professor-müəllim heyətinin də iştirak etdiyi açıq dərs yüksək qiymətləndirilmişdir.









