Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin tələbəsi, AHİK fakültə sədri Qəlbinur Yusifov 2025-ci il ərzində təhsil aldığı müəssisənin TGT-nin həyata keçirdiyi layihələrdə aktiv iştirakına görə fərqlənmişdir. Tələbəmiz, Tələbə Gənclər Təşkilatının (TGT) həyata keçirdiyi müxtəlif yerli və regional layihələrdə, sosial təşəbbüslərdə və intellektual yarışlarda nümayiş etdirdiyi aktiv iştirakına görə “İlin tələbəsi” fəxri adına layiq görülmüşdür.
Tədris müddətində həm akademik göstəriciləri, həm də nümunəvi intizamı ilə seçilən tələbəmiz, universitetin gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirak edərək digər tələbələr üçün stimul mənbəyinə çevrilmişdir.
Fakültə dekanlığı və müəllim heyəti adından tələbəmizi bu yüksək ad münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində və elmi yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayırıq!




