İqtisadiyyat və İdarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının müəllimi Nərmin Həsənova iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir.
Uzunmüddətli elmi araşdırmaların, gərgin əməyin və fədakar fəaliyyətin bəhrəsi olan bu nailiyyət həm müəllimimiz, həm də fakültəmiz üçün qürurvericidir. Bu elmi dərəcə onun iqtisad elminə verəcəyi töhfələrin yeni bir mərhələsidir.
Tələbələrinə hər zaman dərin bilik və motivasiya verən Nərmin müəlliməni fakültə dekanlığı və bütün kollektivimiz adından səmimi qəlbdən təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar və yeni zirvələr arzulayırıq!
Elm yolunuzun hər zaman işıqlı olsun!

