Tələbələr gələcək tədris planlarını müəyyən edirlər: Seçmə Fənlərin qeydiyyatı tamamlandı

Tələbələrin iştirakı ilə növbəti tədris ili üçün seçmə fənlərin müəyyənləşdirilməsi prosesi keçirilib. Fakültəmizdə tədrisin keyfiyyətinin artırılması və tələbəyönümlü təhsil mühitinin inkişaf etdirilməsi məqsədilə 20-23 aprel tarixlərində növbəti tədris ili üçün seçmə fənlərin müəyyənləşdirilməsi prosesi həyata keçirilib.

Proses zamanı tələbələrə təklif olunan fənlərin məzmunu, onların gələcək karyera imkanlarına təsiri və ixtisas biliklərinin dərinləşməsindəki rolu barədə ətraflı məlumat verilib. Tələbələr öz maraq dairələrinə və peşəkar seçimlərinə uyğun olan fənləri sərbəst şəkildə seçmək imkanı əldə ediblər.

Qeyd edək ki, seçmə fənlərin müəyyən edilməsi tələbələrin fərdi tədris trayektoriyasının formalaşmasında mühüm rol oynayır. Şəffaflıq və aktiv iştirak şəraitində keçən bu dörd günlük müddət ərzində bakalavrlar öz akademik gələcəklərini planlaşdıraraq fəal şəkildə seçim ediblər.

Fakültə dekanlığı fənn seçimi prosesində fəallıq göstərən bütün tələbələrə təşəkkür edir və növbəti tədris ilində onlara uğurlar arzulayır!