“Şəhərsalma və Memarlıq İli” çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən “İqtisadçı-intellektual bilik yarışı” uğurla yekunlaşıb. Tədbirin yüksək səviyyədə təşkil olunmasında və keçirilməsində fakültənin fəal gəncləri xüsusi rolu ilə seçiliblər.
Yarışın təşkilati işlərində, həmçinin tələbələrin asudə vaxtının səmərəli təşkili və ekoloji maarifləndirmə istiqamətində göstərdiyi xüsusi fəallığa görə “Eko-klub” Tələbə Təşkilatının nəzdində fəaliyyət göstərən Eko-turizm klubunun üzvləri xüsusi diqqət mərkəzində olublar.
Göstərdikləri təşkilatçılıq bacarığına və bilik yarışının dinamik keçməsindəki xidmətlərinə görə klubun bir qrup fəal tələbəsi fakültə dekanlığı tərəfindən təltif edilib. Təltifetmə mərasimində qeyd olunub ki, bu növ intellektual yarışlar tələbələrin həm akademik biliklərini artırır, həm də müxtəlif fakültələr və tələbə birlikləri arasında sıx əməkdaşlıq mühiti formalaşdırır.
Qeyd edək ki, Gəncə Dövlət Universiteti tələbələrin fərdi inkişafına və onların ictimai fəallığına hər zaman dəstək göstərir.








