İqtisadiyyat və İdarəetmə fakültəsində tələbələrin elmi-tədqiqat fəaliyyətini stimullaşdırmaq və müasir texnoloji trendləri təhlil etmək məqsədilə Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti üzrə “Gənclərin ideyası: rəqəmsal gələcəyin əsası” mövzusunda dəyirmi masa təşkil olunmuşdur (22 aprel).
Tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, müasir idarəetmədə texnoloji yeniliklərin rolu və gənclərin innovativ startap layihələri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı tələbələrin irəli sürdüyü yaradıcı yanaşmalar və elmi təkliflər xüsusi maraqla qarşılanmışdır.
Dəyirmi masanın sonunda elmi fəallığı ilə seçilən və innovativ təkliflər irəli sürən bir qrup tələbə mükafatlandırılıb. Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Universitet TEC-in sədri Lalə Ələkbərova və İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent Məsim Abadov tərəfindən tələbələrə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.
Təltifetmə mərasimində çıxış edən natiqlər gənclərin elmi potensialının artırılmasının universitetin prioritet hədəflərindən biri olduğunu vurğulayaraq, tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.







