“İqtisadiyyat və idarəetmə” fakültəsində növbəti elmi-nəzəri seminarın keçirilməsi planlaşdırılır. Seminarın əsas hədəfi müasir elmi standartlara cavab verən tədqiqat işlərinin hazırlanması və beynəlxalq səviyyəli jurnallarda işıqlandırılmasıdır.
Müasir elmin inkişaf templəri tədqiqatçılardan təkcə yerli deyil, həm də beynəlxalq nüfuzlu bazalarda tanınmağı tələb edir. Bu baxımdan, dünyanın ən böyük annotasiya və istinad bazası olan Scopus, alimlər üçün əsas hədəflərdən biridir. Fakültə dekanlığı və TEC-in təşkilatçılığı ilə keçiriləcək bu seminar, gənc tədqiqatçılara və professor-müəllim heyətinə elmi nəşrlər dünyasında bələdçilik etmək məqsədi daşıyır.
4 may 2026-cı il tarixdə saat 12:00-da keçiriləcək seminarın məruzəçisi “İdarəetmə” kafedrasının müəllimi Gülüstan Fərəcova tərəfindən iştirakçılara aşağıdakı əsas istiqamətlər üzrə geniş məlumat veriləcək:
- Jurnal seçimi və Scopus bazasında yoxlanılması: “Yırtıcı” (predatory) jurnallardan necə qorunmalı və mövzuya uyğun düzgün kvartil (Q1-Q4) seçimi.
- IMRaD strukturu: Elmi məqalənin beynəlxalq standartlara (Giriş, Metodologiya, Nəticələr və Müzakirə) uyğun tərtib edilməsi.
- Akademik yazı tərzi: İngilis dilli jurnallarda dil və üslub tələbləri.
- Nəşr prosesi və Rəyçilərlə iş: Məqalənin redaksiyaya göndərilməsindən (submission) rəy (peer-review) mərhələsinə qədər olan yol.
Tədqiqatçıların beynəlxalq elmi dövriyyəyə inteqrasiyasını sürətləndirmək üçün seminar praktiki nümunələr və sual-cavab sessiyası ilə müşayiət olunacaq.

