İqtisadiyyat və idarəetmə fakültəsində növbəti açıq dərs keçirildi. “Menecment və turizm işi” kafedrasının müəllimi Şərqiyyə Namazova “Marketinq” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Pərakəndə ticarət marketinqi” fənnindən müasir biznes dünyasının ən önəmli trendlərindən biri olan “Çoxkanallı pərakəndəlik” (Omnichannel Retailing) mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, kafedra müdiri dosent Əli Allahverdiyev, kafedranın müəllimləri iştirak etmişdilər.
Açıq dərsdə müzakirə olunacaq əsas istiqamətlər:
- Çoxkanallı (Omnichannel) və çoxplatformalı (Multichannel) yanaşmaların fərqi;
- Onlayn və oflayn satış kanallarının inteqrasiyası;
- Rəqəmsal transformasiyanın pərakəndə satış sektoruna təsiri;
- Uğurlu dünya brendlərinin (Amazon, Starbucks, Zara və s.) təcrübələri.
Dərs zamanı nəzəri biliklərlə yanaşı, real bazar keysləri üzərində müzakirələr aparılacaq və tələbələrin sualları cavablandırıldı.
Şərqiyyə müəlliməyə elmi fəaliyyətində uğurlar arzu edirik!



